Astanada keçirilən sammit çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) beynəlxalqa təşkilata çevrilməsinə dair qərar qəbul olunub.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AQFET-in VI Zirvə Toplantısının plenar iclasında deyib.
O qeyd edib ki, sammit iştirakçıları bu haqda müraciət qəbul ediblər.