10 C
Baku
Thursday, December 12, 2024

Tokayev: “Azərbaycanla ticarət dövriyyəmiz 1 mlrd. dollara çatdırıla bilər”

“Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsinin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq üçün ciddi potensiala malikdirlər”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib.

“Ötən il ticarət dövriyyəsinin dəyəri 40 % artaraq yarım milyard dollara çatıb. Hesab edirəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər