13 C
Baku
Saturday, November 23, 2024

Tokayev Çinə gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinə rəsmi səfərə gedib.

Bu barədə Qazaxıstan Prezident Administrasiyası (“Ak Orda”) məlumat yayıb.

Məlumata əsasən, Pekin hava limanında Tokayevi Çin Xalq Respublikasının (ÇXR) sənaye və informasiya naziri Cin Juanqlonq (Jin Zhuanglong) və digər rəsmi şəxslər qarşılayıb.

Tokayev 17-18 oktyabr tarixlərində Çində rəsmi səfərdə olacaq və səfər çərçivəsində ÇXR Sədri Si Cinpin, Çin Dövlət Şurasının Baş naziri Li Çianq və digər yüksək vəzifəli şəxslərlə görüş keçirəcək. Bununla yanaşı, Qazaxıstan lideri Üçüncü “Bir kəmər-bir yol” yüksək səviyyəli Forumunda iştirak edəcək.

Bundan əlavə, Çinin iri şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşlər nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər