6 C
Baku
Sunday, December 15, 2024

Tokayev Çindən sonra Rusiyaya gedir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün mayın 25-də Moskvaya səfər edəcək.

Bu barədə Tengrinews.kz məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Tokayev Qazaxıstana işgüzar səfərə gələn İtaliyanın baş naziri Corc Meloni ilə görüşəcək. Həmin gün Tokayev Qazaxıstana dövlət səfəri edəcək Sinqapur prezidenti Halima Yakob ilə danışıqlar aparacaq.

Tokayev bundan əvvəl Çinə dövlət səfəri edib, orada Çin lideri Si Cinpinlə görüşüb. Səfər zamanı iki ölkənin liderləri dövlətlər arasında viza rejiminin ləğvi ilə bağlı saziş imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər