2 C
Baku
Saturday, December 14, 2024

Tokayev deyir ki, Orta Dəhliz üzrə daşımaların həcmi 5 dəfə artırıla bilər

“Orta Dəhliz tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynayır”.

Bunu bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart xalqa müraciətində deyib.

Tokayev deyib ki, yaxın perspektivdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə daşımaların həcmi 5 dəfə artırıla bilər:

“Bunun üçün tərəfdaş ölkələrlə – Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik. Baxtı keçidində yeni “quru liman”ın tikintisi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır. Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisinə artıq başlanılıb. Bunlar Çinin “Bir kəmər və yol” meqa-layihəsinin bizim milli təşəbbüslərimizlə necə əlaqələndirildiyinin real nümunələridir”, – Qazaxıstan lideri qeyd edib.

“Nəqliyyat potensialının reallaşdırılması istisnasız olaraq bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya, Çin, Mərkəzi və Cənubi Asiyada mehriban qonşularımızla konstruktiv və mehriban qonşuluq münasibətlərimizdən asılıdır”, – deyə Tokayev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər