10 C
Baku
Saturday, November 23, 2024

Tokayev deyir ki, Transxəzər marşrutu Çindən Avropaya yükdaşıma vaxtını 2 dəfə azalda bilər

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istifadəsi Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azaltmağa kömək edə bilər”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pekində “Bir kəmər – bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

“Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bir çox dövlətlər üçün flaqman əməkdaşlıq layihəsinə çevrilir. Çini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən bu nəqliyyat arteriyası “Bir kəmər – bir yol”un kontinental körpüsünə çevrilə, yükdaşıma vaxtını iki dəfə və nəqliyyat xərclərini isə əhəmiyyətli dərəcədə azalda bilər”, – deyə o bildirib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımalarını həyata keçirir.

Qeyd edək ki, Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb. Forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edir.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Son xəbərlər
Digər xəbərlər