Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fransaya rəsmi səfərə gedib.
Qazaxıstan Prezidenti Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlar aparmağı planlaşdırır.
Danışıqlar zamanı tərəflərin ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
Bundan əlavə, Qazaxıstan Prezidenti Fransanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.