4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Tokayev məmurların və deputatların maaşlarının artırılmasını qadağan edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət üzvlərinin, deputatların və akimlərin (yerli icra hakimiyyəti orqanı rəhbərlərinin) maaşlarının artırılmasına 5 illik moratorium elan edib.

Banker.az xəbər verir ki, Tokayevin sözlərinə görə, məmurlar artıq kifayət qədər pul alırlar. Milli Məclisin deputatları qarşısında videokonfrans vasitəsilə çıxış edən respublika başçısı 2 ay ərzində əhalinin gəlirlərinin artırılması və sosial təbəqələşmənin azaldılması proqramının hazırlanması barədə də tapşırıq verib.

“Başa düşürəm ki, bu, deputatlar üçün o qədər də yaxşı xəbər deyil, amma düşünürəm ki, siz bunu anlayışla qarşılayacaqsınız. İnzibati məmurlar və dövlət qulluqçularının əməkhaqqısı imkan daxilində artırılmağa davam edəcək”, – prezidentin moratoriumunda deyilir.

Qazaxıstan lideri işsizlik probleminə xüsusi diqqət yetirməyə və onun göstəricilərini yaxşılaşdırmağa çağırıb. Dövlət başçısı ilə görüşdən sonra məmurlar da pandemiya və digər sosial problemləri nəzərə alaraq sosial siyasəti “yeni reallıqlara” uyğunlaşdırmalı olacaqlar.

Tokayev bəzi dövlət qurumlarının işini tənqid edib və bunu uğursuzluq adlandırıb. Məsələn, o, bildirib ki, Qazaxıstan İnkişaf Bankı ayrı-ayrı maliyyə-sənaye və tikinti qruplarının maraqlarını təmsil edir və hakimiyyət bunu nizamlamalı və bankın işini yenidən qurmalı olacaq.

Bundan başqa, dövlət başçısı bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb və 2 gündən sonra onların ölkədən çıxarılmasına başlanılacaq.

Son xəbərlər
Oxşar xəbərlər