13 C
Baku
Sunday, November 27, 2022

Tokayev prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edəcək

Kasım-Jomart Tokayev yenidən Qazaxıstan Prezidenti seçildikdən sonra ilk səfərini Rusiyaya edəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peksov bildirib. O, səfərin noyabrın 28-də baş tutacağını və Tokayevin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağını açıqlayıb.

“Həqiqətən də, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Rusiya Federasiyasına rəsmi səfər edəcək, bu, onun dövlət başçısı kimi yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Putin və Tokayev Orenburqda keçiriləcək Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunun iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcəklər: “Onlar işçi səhər yeməyi formatında ünsiyyəti davam etdirəcək, sənədlər imzalayacaqlar, ona görə də bu, bizim üçün və ikitərəfli Rusiya-Qazaxıstan münasibətləri üçün tam miqyaslı, çox vacib səfər olacaq”, deyə Putinin mətbuat katibi yekunlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X