9 C
Baku
Monday, November 18, 2024

Tokayev Putinin tədbirinə getməkdən imtina etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək.

Bu barədə “Reuters” agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirinin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək.

Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər