Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.
Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Kasım-Jomart Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Kasım-Jomart Tokayev 81.31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69.44 faiz təşkil edib.
Noyabrın 26-da paytaxt Astanada Qazaxıstan Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib.