Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2 yeni nazir təyinatı həyata keçirib.
Onun müvafiq qərarları rəsmi şəkildə dərc olunaraq qüvvəyə minib.
Belə ki, Nurjan Nurjigitov Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri təyin edilib.
Yerbol Karaşukeyev kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Onun yerinə Şimali Qazaxıstan vilayətinin keçmiş hakimi Aydarbek Saparov təyinat alıb.