“Qarşıda bizi irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir”.
Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 21-də Novruz bayramına həsr edilən tədbirdə bildirib.
“Biz gənclərlə birlikdə yeni Qazaxıstan quracağıq, bizim bu istiqamətdə bütün işlərimiz alınacaq, ikinci respublika yaranmayacaq”, – Kasım-Jomart Tokayev vurğulayıb.
Xatırladaq ki, Novruz bayramı Qazaxıstanda da dövlət səviyyəsində qeyd olunur. Bayramla əlaqədar martın 21-23-ü istirahət günləridir.