16 C
Baku
Saturday, November 26, 2022

Tokayev Qazaxıstanın qərbində neft anbarının tikintisi ilə bağlı göstəriş verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli neft-qaz şirkəti “KazMunyGas”a respublikanın qərbində böyük neft anbarı tikmək barədə göstəriş verib və Çinin bu sahədə təcrübəsini misal çəkib.

“Təcili məsələ neft anbarlarının tutumunun artırılmasıdır. Bu gün biz nefti dərhal ixraca göndərmək məcburiyyətindəyik, çünki bunu texnologiya tələb edir. Hasilatı dayandırmaq yolverilməzdir. Çinin bununla bağlı çox yaxşı təcrübəsi var”, – ölkə başçısı qeyd edib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, Çində çox böyük neft anbarları tikilib ki, bu da əlavə tədarük olmadan daxili ehtiyacları üç-dörd ay ərzində ödəməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər
X