9 C
Baku
Friday, December 13, 2024

Tokayev Rusiyadan yan keçməklə neft tədarükünü artırmağı tapşırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizindəki Aktau və Kurık limanları vasitəsilə Rusiyadan yan keçməklə neft nəqlinin həcmini ildə 20 milyon tona çatdırmağı tapşırıb.

O, bildirib ki, dünyada mövcud vəziyyəti nəzərə alaraq Transxəzər marşrutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir.

“Biz Aktau və Kurık limanlarının bütün mövcud imkanlarını işə salmalıyıq ki, ötürücülük qabiliyyətini artıraq və neft nəqlinin həcmini ildə 20 milyon tona çatdıraq”, – Qazaxıstan lideri Manqistau vilayətinin ictimaiyyəti ilə görüşündə deyib.

 

Tokayev qeyd edib ki, yaxşı coğrafi mövqeyinə görə Mangistau vilayəti böyük potensiala malikdir və Aktau liman şəhərini haqlı olaraq “Qazaxıstanın dəniz qapıları” adlandırmaq olar. Prezident güclü tərəflərdən səmərəli istifadə etməyə və regionu qlobal əhəmiyyətli nəqliyyat və tranzit qovşağına çevirməyə çağırıb.

Dövlət başçısı əlavə edib ki, liman infrastrukturunun inkişafına, konteyner və nəqliyyat-logistika qovşaqlarının yaradılmasına pul cəlb edilməsinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər