Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində yüksək sürətli yük qatarlarının işə salınmasını təklif edib.
Belə bir təkliflə Qazaxıstan dövlət başçısı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edib.
Tokayev “Şimal-Cənub” dəhlizinin Transxəzər marşrutu ilə birlikdə inkişafını da təklif edib.