13 C
Baku
Sunday, November 27, 2022

Tokayev TDT-nin sammitində iştirak etmək üçün Səmərqəndə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanın Səmərqənd şəhərində işgüzar səfərdə olacaq.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.

Tokayevin sammit iştirakçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər
X