Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanın Səmərqənd şəhərində işgüzar səfərdə olacaq.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.
Tokayevin sammit iştirakçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.