Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 10-11-i Türkiyəyə rəsmi səfərə yollanacaq.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Tokayev səfər çərçivəsində Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq. Danışıqlardan sonra iki ölkə arasında bir sıra saziş və protokolların imzalanması planlaşdırılır.
Qeyd edək ki, bu, Tokayevin Prezident olaraq fəaliyyətə başlamasından bu yana Türkiyəyə ilk səfəri olacaq. Səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq.