Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
Kasım-Jomart Tokayev səslərin 81.31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
“Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, – deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.
Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.