11 C
Baku
Monday, November 25, 2024

Tokayevlə Borrell arasında görüş olub

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevlə görüşüb.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi “Twitter”də bildirib.

Ali Nümayəndə Aİ və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ili tamam olduğunu qeyd edərək görüşdə Prezident Tokayevlə Aİ və bu ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi barədə razılıq əldə olunduğunu deyib.

“Biz ambisyalı islahatlar gündəliyi vasitəsilə Qazaxıstanı daha inklüziv, demokratik və açıq etmək səylərini dəstəkləyirik. Regionlarımızda təhlükəsizlik və sülhə sadiqik”, Borrell bildirib.

Qeyd edək ki, Aİ-nin Ali Nümayəndəsi Qazaxıstanda səfərdədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər