“Japan Exchange Group” (JPX) birja sahibi bildirib ki, Tokio fond birjası oktyabrın 1-də fəaliyyətini bir gün dayandırıb.
Mübadilə prosesinin yenidən başlama vaxtı təyin olunmayıb. JPX fasilənin bazar məlumatlarının çatdırılması ilə əlaqədar olduğunu izah edib. Tokio ilə yanaşı, Sapporo, Naqoya və Fukuoka birjaları da fəaliyyətini dayandırıb.
“Bloomberg”in məlumatına əsasən, Tokio fond birjası yaranan fasiləyə səbəb tapmayıb.
Birjada yaranan fasilə 2005-ci ildə sistemin yenilənməməsi səbəbindən mübadilə prosesinin dörd saat yarım dayandığından bəri ən böyük qəza olub.
“Bloomberg” birjanın fəaliyyətinin dayandırılmasının Yaponiyanın bazar sisteminə olan inama təsir edəcəyini bildirib. Regiondakı digər böyük bazarlar – Çin, Tayvan, Hong Kong və Cənubi Koreyanın payız tətilinə getmələri ilə investorların fikirləri də dəyişə bilər.
Yapon fond birjası dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir. “Bloomberg” yazır ki, Tokio fond birjası son bir ildə gündəlik dövriyyəsi ortalama 22 milyard dollar olan 2167 şirkətin səhmlərini əldə edir.