23 C
Baku
Thursday, August 11, 2022

Tokio Fond Birjasında “Nikkei” indeksi ilin ən yüksək həddinə çatıb

Dekabrın 13-də Tokio Fond Birjasında (TFB) Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin məzənnəsini özündə əks etdirən əsas “Nikkei” indeksi 2019-cu ilin ən yüksək həddinə çatıb.

TFB-də hərracların başlamasından 10 dəqiqə sonra “Nikkei” indeksi 1,84 faiz artaraq 23855,57 həddində qərarlaşıb.

Bazar mənbələrinin bildirdiyinə görə, buna səbəb ABŞ ilə Çin arasında ticarət razılaşmasının əldə edilməsi barədə yayılan xəbərlər olub.

Yaponiyanın NHK telekanalının şərhçisinin bildiridiyinə görə, bu, TFB-dəki investorların sakitləşməsinə və onlarda özünə inamın güclənməsinə səbəb olub.

Xatırladaq ki, bu ərəfədə ABŞ-ın Çin ilə ticarət razılaşmasının ilkin mərhələsinin şərtləri ilə bağlı razılıq əldə etdiyi barədə xəbərlər yayılıb. Bildirilir ki, ABŞ Predienti Donald Trampın razılaşmanın ilkin şərtlərini bəyənməsi dekabrın 15-ə gözlənilən əlavə rüsumların tətbiqini aradan qaldıracaq.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər