Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının xərcləri təqribən 15,4 milyard ABŞ dolları təşkil edəcək.
Bunun böyük hissəsini (6,9 milyard ABŞ dolları) olimpiadanın təşkilat komitəsi qarşılayacaq.
Qalan məbləği (6,7 milyard ABŞ dolları) Tokio şəhərinin rəhbərliyi və Yaponiya hökuməti (2,1 milyard ABŞ dolları) ödəyəcəklər.
Oyunların koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınması üçün tələb olunan xərclərin həcmi təqribən 2,8 milyard ABŞ dolları təşkil edib. Bundan əlavə, infeksiyalanın qarşısını almaq məqsədilə tədbirlərin icrası üçün 929 milyon ABŞ dolları ayrılacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlar gələn il 23 iyul – 8 avqustda keçiriləcək.