21 C
Baku
Thursday, April 25, 2024

Tokio Oyunları tarixin ən bahalı Yay Olimpiya Oyunları olacaq

Tokio Oyunları tarixin ən bahalı Yay Olimpiya Oyunları olacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“The Wall Street Journal”un verdiyi məlumata görə, xərclər 20 milyard dolları keçəcək. Qeyd edək ki, əvvəlki Olimpiya Oyunları Yaponiyaya 15.4 milyard dollara başa gəlib.

Yekun məbləğ Tokionun ilkin proqnozlarından təxminən üç dəfə çoxdur. Mütəxəssislərin sözlərinə görə, planlaşdırma zamanı xərclərin 7.4 milyard dollar təşkil ediləcəyi güman edilib. Bundan əvvəl xərclərin həcmi baxımından yay oyunları arasında 2012-ci il London Olimpiya Oyunları (11.04 milyard dollar) liderlik edib. Tokioya gəldikdə, oyunların pandemiyaya görə təxirə salınması xərclərə 2.8 milyard dollar əlavə gəlib.

Xərclərin rekord həddə çatması nəticəsində Tokio Oyunlarından əldə edilən gəlirin gözləniləndən daha az olması proqnozlaşdırılır. Belə ki, yoluxma ehtimalının yüksək olması şəraitində oyunlar xarici azarkeşlər olmadan sərt məhdudiyyətlərlə aparılır.

Olimpiya Oyunlarının sponsorlarından biri olan “Toyota Corporation” açılışdan bir qədər əvvəl Olimpiada mövzusunda televiziya reklamlarını yayımlamayacağını açıqlayıb. “Asahi Shimbun” qəzetinin apardığı sorğuya əsasən, yaponların yarısından çoxu davam edən pandemiya fonunda oyunlara qarşı olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər