Tokio turistlər üçün yeni hotel vergisi tətbiq edir

Yaponiya rekord sayda turist axını fonunda səyahətçilərlə bağlı fiskal siyasətini sərtləşdirməyə davam edir. 2026-cı ilin martından yaşayış vergisini artıran Kiotodan sonra Tokio da hotel otaqlarına 3%-lik yeni vergi tətbiq edəcəyini açıqlayıb. 9News-un məlumatına görə, yeni qaydalar 2027-ci ilin aprelindən qüvvəyə minəcək.

Hazırda Tokioda hotellərdə qalan şəxslər hər gecə üçün adambaşına sabit 200 yen (təxminən 2 ABŞ dolları) ödəyirlər. Yeni sistemdə isə verginin məbləği otağın qiymətindən asılı olacaq. Məsələn, Hyatt Regency Shinjuku və ya The Westin Tokyo otellərində orta hesabla 65 min yen (təxminən 402 dollar) dəyərində otaqda qalmaq hər nəfər üçün hesabı təxminən 1 950 yen (16 dollar) artıracaq. Bir həftəlik istirahət edən cütlük üçün əlavə xərc təxminən 230 dollara çata bilər.

Məlumata görə, Yaponiya hakimiyyəti yalnız hotel vergilərini deyil, digər ödənişləri də artırır. 2026-cı ilin iyulundan etibarən ölkədən çıxış vergisi — həm turistlər, həm də Yaponiya vətəndaşları üçün — təxminən üç dəfə artırılaraq 3 000 yenə (təxminən 26 dollar) çatdırılıb. Bu məbləğ avtomatik olaraq aviabiletin qiymətinə daxil edilir.

Bundan başqa, 2026-cı il noyabrın 1-dən xarici turistlər üçün tax free sistemi də dəyişəcək. Alış-veriş zamanı verginin dərhal çıxılması əvəzinə turistlər bütün qəbzləri saxlamalı və ƏDV-ni gömrükdə geri almalı olacaqlar. Bu isə prosesi daha mürəkkəb edəcək. Nəşrin qeydinə görə, ötən il Yaponiyanın bir çox məşhur turizm məkanında ikili qiymət sistemi tətbiq olunub və xarici turistlər bəzi hallarda yerli sakinlərdən iki dəfə çox ödəniş edirlər.

İyulun əvvəlində Kioto yaşayış vergisi üçün diferensial tariflər tətbiq edib. Gecəlik qiyməti 1 000 dollardan baha olan otaqlarda vergi 10 min yenə (təxminən 100 dollar), 500–1 000 dollar arası otaqlarda təxminən 40 dollar, 200–500 dollar arası otaqlarda isə təxminən 10 dollar təşkil edir.

İyunun sonunda Kanagava prefekturasının Hakone kurort şəhərində də turist vergisinin tətbiqi təsdiqlənib. Hakimiyyət bu vergini 2028-ci maliyyə ilindən tətbiq etməyi planlaşdırır. Yaşayış vergisi hər gecə üçün adambaşına 350 yen (təxminən 2,6 dollar) olacaq. İbtidai sinif şagirdləri və məktəb ekskursiyalarının iştirakçıları bu ödənişdən azad ediləcəklər. Toplanan vəsait tullantıların utilizasiyası, fövqəladə xidmətlər və yolların saxlanmasına yönəldiləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər