26 C
Baku
Saturday, July 27, 2024

Tokioda tibbi maskaların satışı üzrə ixtisaslaşmış mağaza açılıb

Koronavirus pandemiyası dövründə Tokioda yeni fəaliyyətə başlayan tibbi maskalar üzrə ixtisaslaşmış mağaza gündəlik tələbat malına çevrilmiş bu məhsulun alıcılar üçün müxtəlif növlərini təklif edir.

“Tokio” dəmir yolu stansiyasının yeraltı ticarət mərkəzində yerləşən həmin mağazada alıcılara 200 növdən çox tibbi maska təklif edilir. Bu maskalar arasında isti hava şəraitində nəmişliyi saxlayan və ultrabənövşəyi şüalardan qoruyanları da var. Belə maskaların təqribi qiyməti 5 dollardır.

Bununla yanaşı, qiymətli daşlarla bəzədilmiş maskalar da alıcılar tərəfindən maraqla qarşılanır. Xüsusi alıcılara təklif edilən belə maskaların qiyməti isə təqribən 900 dollar civarındadır.

Burada satıcılara müraciət edən alıcılar onların köməyi ilə zövqlərinə və üzlərinin rənginə uyğun tibbi maska seçə bilərlər.

Mağazanı Yaponiyanın pərakəndə satış üzrə tanınmış ticarət şirkətlərindən biri idarə edir.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə Yaponiyanın müxtəlif sahələrdə çalışan şirkətləri, o cümlədən elektronika, kişi geyimləri və digər məhsulların istehsalı ilə məşğul olan firmaları tibbi maska bazarına girməyə çalışır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər