5 C
Baku
Saturday, December 14, 2024

Tolerantsızlığa görə zərər çəkmiş şirkət və iş adamları

Black Liver Matter (“Qaradərililərin həyatı vacibdir” şuarı altında keçirilən etiraz aksiyaları bir aydır ki, Amerika və Avropada get-gedə daha da aktivləşir. Bəs bu hərəkatın tolerant olmayan şirkət və biznes nümayəndələrinə vurduğu zərər nə qədər olub?

Papa John’s və qaradərililərə görə şikayətlər

2018-ci ilin iyul ayında Con Şnatter “Papa John’s”un 1984-cü ildə təsis edildiyi idarə heyətindən çıxdı. Şəbəkədən “boşanma”nın əsas səbəbi iş adamının irqçi açıqlamaları olmuşdur. 

Narazılıq uzun müddət ərzində “yetişirdirilirdi”: 2017-ci ildə Şnatter ABŞ-ın Milli Futbol Liqasının oyunçularının iştirak etdiyi qalmaqalda göründü. Belə ki, onun fikrincə, Black Lives Matter hərəkatına dəstək olmaq üçün ABŞ himninin səsləndirilmkəsi zamanı diz çökmə adəti Milli Futbol Liqasının sponsoru olan şirkətlərin satışlarına zərər verirdi.

Bir il sonra Şnatter həmkarlarına şikayət etdi: KFC-nin təsisçisi Harland Sanders qaradərililəri “nigger” adlandırıb və buna görə heç bir məsuliyyət daşımayıb. Bu həkayə ictimailəşəndən sonra Şnatter direktorlar şurasından qovuldu. 

Netflix və “N” hərfi ilə başlayan söz

“Netflix”in kommunikasiya rəhbəri Conatan Fridland, irqçi ifadələrin insanın işdən çıxarılmasına yol açdığını çox yaxşı bilir. Belə ki, heyətlə görüşlər zamanı o, “N” hərfi ilə başlayan təhqiramiz bir söz işlətdi (nigger) və nəticədə işdən çıxarıldı. Fridland deyir: “Rəhbərlər hər kəsə nümunə olmalıdırlar. Təəssüf ki, komandamla müzakirə zamanı bu təhqiramiz sözdən istifadə etməklə bütün standartları pozdum. Sevdiyim şirkətin işçilərinə problem yaratdığım üçün çox təəssüf edirəm”. 

Yandex və #Yandexkukold

Yandex.Taxi şirkəti Rusiyanın Bryansk şəhərindəki irqi qalmaqaldan sonra ciddi tənqidə məruz qaldı. Bildirildiyi kimi, İnternetə Yandex.Taxi sürücüsü ilə Konqo əsilli bir şəxsin dialoqunun videosu yayılmışdır. Bu videoda sürücü sərnişinin qaradərili olduğuna görə onu heç yerə aparmayacağını söyləyir. 

Həmin sürücü işdən çıxarılsa da, rusdilli Twitter istifadəçiləri Yandex.Taxi-ni ondan üzr istəməyə və yenidən işə götürməyə çağırdılar. Şirkətin bu problemə diqqətini çəkmək üçün sosial şəbəkələrdə #yandexkukold həşteqi yaradıldı. 

Gucci və “blackface”

İrqi stereotiplərə qarşı mübarizəyə həm də lüsk marakalar arasında rast gəlmək olar. Fevral ayının əvvəlində Qara Tarix Gününün qeyd edildiyi ABŞ və Kanadada Gucci dəb evi qara-balaklava sviterini təqdim etdi.

 Twitter istifadəçiləri bunda “blackface” gördülər – qaradərililərin karikaturasını. Ertəsi gün şirkət bütün sviterləri satışdan çıxartdı və rəsmi olaraq müştərilərindən üzr istədi. 

gucci

Prada və qırmızı dodaqlı meymunlar

Dünyanın ən məşhur brendlərindən biri olan Prada, Pradamalia aksessuarlar kolleksiyasını buraxanda “blackface” ittihamları ilə üzləşdi. Qeyd edildiyi kimi, kolleksiyada breloklu çantalar olmuşdur – qırmızı dodaqlı meymunlar. Hüquqşünas Çinyere Ezi bunu “blackface” ilə əlaqələndirərək, bütün müştəriləri brendə qarşı boykot elan etməyə çağırdı. 

Nəticədə, şirkət müştərilərindən üzr istəməli oldu: “Prada Group heç bir halda kimsəni təhqir etmək istəmədi. Bununla əlaqədar olaraq, bu personajları vitrinlərdən çıxarıb satışdan götürəcəyik”, – şirkətin açıqlamasında deyilir. 

Ketti Perri və təhqiredici dikdaban ayaqqabı

Kety Perry Collections brendinin buraxdığı ayaqqabı alıcılarda müasir incəsənət və sürrealizm xatirəsini oyatmalı idi. Lakin burada da anlaşılmazlıq oldu və sosial şəbəkələri qəzəb fırtınası bürüdü.  

Ayaqqabıların doqquz fərqli rəngdə istehsal edilməsinə baxmayaraq, brend qara rəngli modeli satışdan çıxarmaq məcburiyyətində oldu. “Dikdaban ayaqqabıların dizaynını “blackface” ilə əlaqələndirildiyini öyrənəndə çox təəssüfləndim, çünki biz heç kimin xətrinə dəymək istəmirdik”, – müğənni Keti Perry söyləyir. 

ayaqqabı

Dolce & Gabbana və yemək çubuqları

İrqçi qalmaqallar təkcə qaradərililər səbəbindən alovlanmır. Belə ki, 2018-ci ildə Dolce & Gabbana brendinin Instagram səhifəsində bir neçə video-rolik yayımlanmışdır. Bu videolarda çinli model yemək çubuqları ilə italyan yeməklərini yeməyə çalışırdı.

Dizaynerlər dərhal brendi irqçilik və Çin mədəniyyətini təhqir etməkdə günahlandırdılar. Nəticədə, Dolce & Gabbana Şanxaydakı The Great Show şoudan imtina etməli oldu. 

Narazı müştərilər boykot elan etdilər: Dolce & Gabbana məhsulları Çinin onlayn mağazalarında satışdan çıxarıldı. Bir müddət sonra Stefano Gabanna və Domeniko Dolçe rəsmi olaraq müştərilərdən üzr istədilər və bir daha belə zarafat etməyəklərini vəd etdilər.

H&M və “cəngəllikdəki ən lovğa meymun”

2018-ci ilin əvvəlində H&M markası satışa buraxdığı köynəklərə görə müştərilərindən və qaradərili model uşaqlardan üzr istəməli olub. Bildirildiyi kimi, köynəklərin üzərində “Cəngəllikdəki ən lovğa meymun” yazısı var idi. 

DS RSm WkAAcyAN

Bir gündən az müddətdə H&M bir neçə böyük reklam müqavilələrini itirdi. Cənubi Afrikada baş verən bir sıra iğtişaşlardan sonra şirkət oradakı geyim mağazaları bağlamalı oldu. Həmin oğlan uşağının ailəsi isə brendi məhkəməyə verməkdən imtina etdiyi üçün “oğlunu satmaq” ittihamları səbəbindən yaşayış yerini dəyişdi. 

Amazon və piramidalardakı qullar

İrqçi qalmaqalların mərkəzində duran şirkətlərdən biri də Amazon oldu. Qeyd edək ki, iddiaçılar bu platformada satılan və üzərində “Slavery gets shit done” (“Quldarlıq nəticə əldə etməyə kömək edir”) yazısı və Misir piramidalarının şəkili olan qısaqol köynəklər tapdılar. 

İlk növbədə, “Antiquldarlıq” xeyriyyə təşkilatının nümayəndələri etiraz qaldırdılar. Nəticədə, şirkət bütün köynəkləri satışdan götürdü. 

Facebook və pis olan hər bir şeyə etiraz

Düzünü desək, 2020-ci ildə irqçilikdə ittiham olunmaq üçün kimisə təhqir etmək lazım deyil. İyun ayında dünyanın onlarla böyük şirkəti – Unilever, Coca-Cola, Honda, PepsiCo və digərləri – Facebook-da reklam yerləşdirməkdən imtina etdilər. 

Onların sözlərinə görə, Facebook-un irqçilik, yanlış məlumatların yayılması və nifrət hissinin oyadılması kimi problemlərlə mübarizəsi yetərli deyil. 

Qeyd edək ki, bu boykot sosial şəbəkənin təsisçisi Mark Çukerberqə 7,2 milyard dollara başa gəlib. 

Son xəbərlər
Digər xəbərlər