12 C
Baku
Monday, November 4, 2024

“Tom Ford” satışa çıxarıla bilər

ABŞ dəb evi “Tom Ford” brendin mümkün satış potensialını araşdırmaq üçün “Goldman Sachs” investisiya bankına müraciət edib.

Dəb markasının maliyyəçilərlə əməkdaşlığı hələ rəsmi olaraq təsdiqlənməyib. Ekspertlərin fikrincə, brendin bir neçə milyard dollar dəyərində qiymətləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Tom Ford” brendi 2005-ci ildə yaradılıb və əvvəlcə kişi geyimləri üzrə ixtisaslaşıb. Lakin indi marka eynək, kosmetika, ətir, həmçinin saatlar və kiçik dəri məmulatları kimi aksessuarlar da satır.

Son xəbərlər
Digər xəbərlər