26 C
Baku
Saturday, July 27, 2024

Tom Krist – dünyanın ən səxavətli lotereya qalibi

Tom Krist bəlkə də dünyanın ən səxavətli insanıdır. Belə ki, o lotereyadan qazandığı cek potu xeyriyyə məqsədilə vermişdir. Kanadalı Tom Krist lotereyadan 40 000 000 dollar qazanır. O etiraf edir ki, lotereya düşkünü insandır və bu günə qədər bir neçə dəfə 20 dollar qazanıb. Lakin bu fakt Kristi heç vaxt məyus etmirdi və daim lotereya almağa davam edirdi.

Kristə zəng edərək cek pot udduğu barədə məlumat verdikdə o bu pulları nəyə sərf edəcəyini artıq bilirdi. O ilk olaraq məbləğin bir hissəsini Tom beyker adına xərçəng xəstəliyinin araşdırılması mərkəzinə bağışlayır. Qeyd edək ki, onun həyat yoldaşı məhz bu mərkəzdə müalicə alırdı.

Onun övladları da atasının bu davranışını dəstəkləyir və məbləğin geri qalanından daha effektiv xeyriyyə məqsədilə istifadə etmək üçün əlavə xeyriyyə təşkilatları axtarışındadırlar. Krist həmçinin özünün şxəsi xeyriyyə fondunu yaratmaq niyyətindədir. O verdiyi müsahibələrindən birində bildirmişdir ki, nə onun, nə də övladlarının bu pullara ehtiyacı yoxdur. O hazırda təqaüddədir və bu yaşına qədər arzusunda olduğu karyera pilləsinə yüksəlmiş, özü və övladları üçün lazımi həyat şəraitlərini yarada bilmişdir. Bu səbəbdən də qazandığı 40 000 000 dolları dilədiyi kimi xeyriyyə məqsədilə sərf edə bilər.

Son xəbərlər
Digər xəbərlər