Məşhur amerikalı ixtiraçı Tomas Edison şübhəsiz ki, uğurlu sahibkar idi. Lakin onun heç də bütün biznes layihələri kommersiya cəhətdən uğurla yekunlanmayıb. Onun belə bir uğursuz “start-up”-ı barədə bu yaxınlarda məlumat yayıldı.
1877-ci ildə böyük kütlə qarşısında nümayiş etdirilən ixtira – fonoqraf Edisonun qarşısında geniş perspektivlər açır. Uğurlarından ilhamlanan Edison növbəti bir biznes layihəyə imza atmaq qərarına gəlir. Belə ki, o hazırda müasir mağazalarda görməyə vərdiş etdiyimiz danışa bilən gəlincik yaratmaq niyyətində idi. Beləliklə, 1890-cı ildə Nyu-York, Paris və Londonda yaşayan uşaqlar ilk dəfə olaraq satışda daxilində səsləndirmə mexanizmli “Edisonun gəlinciklərini” gördülər. O zaman səs daşıyıcıları silindr formasında idi.
Alıcıların gəlincikdən üz döndərməsinin səbəbi məlum deyil. Ola bilsin ya qiymət (10 dollardan 20 dollara qədər. Bu zaman bu baha qiymət idi), ya da gəlinciklərin zərif olması. Lakin uşaqları ən çox gəlinciklərin görünüşü və səsi qorxudurdu. 6 ildən sonra istehsal dayandırılır. O zaman istehsal olunan bütün nümunələr demək olar ki, zamanla yoxa çıxsa da, bəzilərini şəxsi kolleksiyalarda görmək mümkün idi. Robin və Coan Rolf belə kolleksionerlərdən biri idilər. Onlar uzun müddət mexanizmə zərər vurmadan səsyazmanı yenidən bərpa etməyə çalışırdılar və 2014-cü ildə onlar buna nail olurlar. Amerikalı fizik Karl Heber və mühəndis Erl Kornell qramplastinlərin şifrələnməsi texnologiyasını patentləşdirir və onu İrene adlandırırlar. 2015-ci ilin aprel ayında isə Edisonun gəlinciklərinin səsini dinləmək mümkün oldu.