“Coinmarketcap” portalında “Toncoin” məzənnəsi (TON blokçeyninə əsaslanan kriptovalyuta) 98% azalıb. Səbəb texniki nasazlıq olub. Bildirilir ki, real məzənnə dəyişməyib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Problemlərin nədən qaynaqlandığı açıqlanmır, lakin onlar artıq onların aradan qaldırılması üzərində iş aparılır. “Lido” (LDO) və “Injective” (INJ) kriptovalyutaları da oxşar problemlə üzləşib.
Saat 15:19-a olan məlumata görə, “Coindesk” portalında “Toncoin”in dəyəri 0.85% azalaraq 5.17 dollar olub.
“Telegram”ın yaradıcısı Pavel Durovun avqustun 24-də Parisdə həbs edilməsi fonunda keçən həftə “Toncoin” 20% ucuzlaşaraq 5.46 dollara düşüb. Avqustun 28-də o, 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında sərbəst buraxılıb.