Topdan milyonlar qazanan klublar

“Transfermarkt” statistik portalı müxtəlif ölkələrin futbol çempionatlarında çıxış edən oyunçuların transfer qiymətlərini yenilədikdən sonra ən bahalı 10 futbol klubunun adını açıqlayıb.

Maraqlıdır ki, siyahıda olan komandala­rın yarıdan çoxu İngiltərə çempionatında çı­xış edir. Araşdırmadan sonra bəlli olub ki, ən bahalı kollektiv İngiltərənin “Mançester Siti” klubudur və onun dəyəri 1.6 milyard avro dəyərində qiymətləndirilir.

Reytinqdə ikinci yeri Premyer Liqanın digər təmsilçisi – 925 milyon avro ilə qiymətləndirilən “Liverpul” tutur. İlk üçlüyü Fransa PSJ koman­dası qapayır – 890.35 milyon avro.

Beləliklə, dünyanın ən bahalı 10 klubu bun­lardır:

1.”Mançester Siti” (İngiltərə) – 1.6 milyard avro,

2. “Liverpul” (İngiltərə) – 925 milyon avro,

3. PSJ (Fransa) – 890.35 milyon avro,

4. “Bavariya” (Almaniya) – 878.70 milyon avro,

5. “Çelsi” (İngiltərə) – 861.50 milyon avro,

6. “Real” (İspaniya) – 837.50 milyon avro,

7. “Barselona” (İspaniya) – 813.70 milyon avro,

8. “Mançester Yunayted” (İngiltərə) – 798.30 avro,

9. “Tottenhem” (İngiltərə) – 685.30 milyon avro,

10. “Arsenal” (İngiltərə) – 665.50 milyon avro.

Son xəbərlər
Digər xəbərlər