Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ilin fevral ayında bu sektordan büdcə daxilolmaları 336 milyon 32,6 min manat təşkil edib. Yanvarda isə bu məbləğ 329 milyon 645,7 min manat olmuşdu. Fevralda büdcə daxilolmalarının 72 milyon 164,3 min manatı gömrük rüsumlarının, 248 milyon 642,9 min manatı əlavə dəyər vergisinin, 12 milyon 48,5 min manatı aksiz vergisinin, 3 milyon 176,9 min manatı yol vergisinin payına düşüb.
Xatırladaq ki, 2018-ci ilin fevral ayında 219 milyon 663,6 min manat məbləğində rüsum və vergi toplanmışdı.
©Vergilər.az