-3 C
Baku
Sunday, December 15, 2024

“Topshop” və “Topman” sahibinin iflas proseduruna başlanılıb

“Topshop”, “Topman”, “Burton”, “Evans” və “Wallis” brendlərinə sahib olan “Arcadia Group” iflas etdiyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bloomberg”in verdiyi məlumata görə, ingilis milyarder Filip Grinin (ümumi sərvəti 2,3 milyard dollar təşkil edir) şirkətinə müvəqqəti olaraq “Deloitte”nin meneceri rəhbərlik edəcək.

“Financial Times” bu şirkəti “pandemiyanın ən böyük qurbanı” adlandırır. Qeyd edək ki, dəb imperiyasının iflası 13 mindən çox iş yerini təhlükə altına salır. “Deloitte”nin administratoru Mett Smit ümid edir ki, “Arcadia Group” qısa zamanda özünə yeni investor tapa biləcək.

Xatırladaq ki, “Arcadia” şirkəti hələ pandemiya başlamamışdan əvvəl də çətin maliyyə vəziyyətinə düşmüşdür. “Euromonitor”un verdiyi açıqlamada qrupun Böyük Britaniyanın geyim və ayaqqabı bazarında payının təxminən üçdə bir dəfə azaldığı deyilir. Beləliklə, “Arcadia Group”un gəliri 300 milyon avrodan 122 milyon avroya düşüb. Eyni zamanda bu məbləğin 40%-ni kredit faizi təşkil edib.

Ötən ildə icarəçilər “Arcadia Group” üçün icarə haqqını azaltmağa razı olsalar da, 2020-ci ilin martından iyununa kimi pandemiya səbəbindən bütün mağazalar bağlı olub. Bu, şirkətin maliyyə vəziyyəti üçün sarsıdıcı zərbə rolunu oynayıb.

Son xəbərlər
Digər xəbərlər