31 C
Baku
Wednesday, July 3, 2024

Törədilən qətllərin sayına görə ABŞ ştatlarının reytinqi

Bu yaxınlarda FTB ABŞ-da baş verən cinayətkarlıqlarla bağlı illik statistikasını nəşr etdi. Bu il ən təhlükəli şəhər İllinois ştatında Çikaqo şəhəri oldu və o törədilən qətllərin sayına görə ölkənin nəhəng meqapolisi Nyu-York şəhərini geridə qoydu.

1. Çikaqo, İllinois ştatı.

İlk növbədə mafiya ilə məşhur olan bu şəhərdə indi də sakitlik hökm sürmür. Əhalisinin sayı 2,7 milyon insan olan bu şəhərdə 2012-ci ildə 500 qətl hadisəsi törədilmişdi.

2. Nyu-York, Nyu-York ştatı.

Burada əhalinin sayı 8,3 milyon, törədilən qətllərin sayı isə 419-dur. Cəmi bir il ərzində Amerikanın ən böyük meqapolisində 53 000 zoraki cinayətkarlıq aktı və 143 000 mülkiyyət əleyhinə olan cinayətkarlıq hadisəsi baş vermişdi.

3. Detroit, Miçiqan ştatı.

Burada isə əhalinin sayı 707 min insan təşkil etməklə, törədilən cinayətin sayı 386-a bərabərdir.

4. Filadelfiya, Pensilvaniya ştatı.

Filadelfiya şəhərinin adı yunan dilindən tərcümədə “Qardaş sevgisi” deməkdir. Bu şəhərin belə adlanmasına haqqı olub-olmadığına siz qərar verin: 1,5 milyon insan əhaliyə 331 cinayət hadisəsi.

5. Los-Angelos, Klaiforniya ştatı.

Arzuların həyata keçdiyi şəhər. Lakin təəssüflər olsun ki, bu hamıya aid deyil. Rəsmi məlumatlara görə burada əhalinin sayı 3,8 milyon olmaqla, 299 qətl və 936 təcavüz hadisəsi qeydə alınmışdır.

6. Baltimor, Merilend ştatı.

Nə vaxtsa Baltimor limanı mühacirlərin ABŞ-a gəlmək mərkəzi idi. Bu faktın müasir dövrdə şəhərdə törədilən cinayətlərə təsirinin olmasını dəqiqliklə demək çətindir. Bununla yanaşı, burada 625 əhalini olmaqla 218 qətl hadisəsi törədilmişdir.

7. Houston, Texas ştatı.

Amerikanın ən “kosmik” şəhəri heç də ölkənin ən təhlükəsiz şəhəri deyil. Burada 2,2 milyon əhali olmaqla 217 qətl hadisəsi baş vermişdir.

8. Yeni Orlean, Luiziana ştatı.

Siyahıda yer almış ən az əhalili şəhər. Katrina qasırğasından sonra burada əhalinin sayı iki dəfəyə qədər azalmışdır. Lakin bununla yanaşı bu şəhərdə törədilən cinayət hadisələrinin sayı durmadan artır. Belə ki, burada əhalinin sayı 363 min, qətl hadisələrinin isə sayı 193-dür.

9. Dallas, Texas ştatı.

Siyahıda doqquzuncu pillədə yer almış Dallas şəhərinin əhalisinin sayı 1,2 milyon insan, törədilən qətllərin sayı isə 154-dür.

10. Memfis, Tennesi şatı.

Son olaraq isə Memfisdə 657 min insan yaşamaqla burada törədilən qətllərin sayı 133-dür.

Son xəbərlər
Digər xəbərlər