Torpağın yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq amortizasiya olunur – Misallarla izah

114.3.1-ci maddəyə “binalar” sözündən əvvəl “torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər,” sözləri əlavə edilsin; torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular – 7 faizədək 1.42. 115.2-ci maddənin ikinci abzasına “xərclər” sözündən sonra “(torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.”; 115.2. Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla gəlirdən çıxılmır və onların balans dəyərini artırır. “Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.”;

Misal -1. Sizin torpağınız var,12 hektar torpağınız var. Vergi Məcəlləsinə əsasən torpaq amortizasiya olunmur. Amma siz onu şoranlaşdırmadan qurtarmaq üçün müəyyən su kanalları çəkərək, kollektrolar qazaraq onu yararlı hala gətirib çıxarırsınız. Buna 20 min manat xərc çəkirsiniz. Bu halda çəkdiyiniz xərciniz amortizasiya olunacaq. Yəni 20 000 manat x7% =1400 manat amortizasiya məbləği edəcək.

Misal-2. Sizin torpağınız var, 5 hektar torpağınız var. Vergi Məcəlləsinə əsasən torpaq amortizasiya olunmur. Amma siz onu zərərdən qurtarmaq üçün müəyyən işlərə min manat xərc çəkirsiniz. Bu halda 1000 x 2% = 20 manat gəlirdən çıxılır 980 manat isə torpağın balans dəyərini artırır.

İqtisadçı-ekspert Rauf Qarayev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları