28 C
Baku
Saturday, July 27, 2024

Torpaq islahatından kənar ərazilərdən müvəqqəti istifadə mexanizmi yaradılacaq

İqtisadiyyat Nazirliyi 5 ay müddətində torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görməli və nəticəsi barədə ölkə prezidentinə məlumat verməlidir.

Bu, dövlət başçısının imzaladığı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmanla həmçinin İqtisadiyyat Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görmək və nəticəsi barədə prezidentə məlumat vermək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər