3 C
Baku
Saturday, December 14, 2024

Torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktları ləğv edilib

2020-ci ildə 10 478 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib.

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında danışarkən deyib.

O bildirib ki, nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6 850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə 8 217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.

Son xəbərlər
Digər xəbərlər