9 C
Baku
Friday, December 13, 2024

“Toshiba” 35 illik təcrübədən sonra kompüter bazarından çıxır

Yaponiyanın “Toshiba” korporasiyası öz brendi altında portativ kompüterlərin və noutbukların istehsalını tamamilə dayandırdığını elan edib. Banker.az xəbər verir ki, şirkət 35 illik təcrübədən sonra kompüter bazarından çıxır.

Hələ 2018-ci ildə “Toshiba” kompüter istehsalı biznesinin böyük hissəsini (80,1% və ya 36 milyon dollar) “Sharp” adlı şirkətə satmışdır. Bu razılaşma çərçivəsində “Sharp” portativ kompüter və noutbuklar seqmentindəki payını bütünlüklə satın almaq imkanını qazanıb. İki il sonra şirkət bu hüququndan istifadə edib.

Qeyd edildiyi kimi, bundan sonra masaüstü kompüterlərin və noutbukların istehsal şöbəsi “Sharp” şirkətinin ixtiyarında olacaq. “Toshiba” bu sahəni ilk növbədə Yaponiyada inkişaf etdirib, “Sharp” isə onu qlobal miqyada təbliğ etməyi planlaşdırır.

“BBC News”un verdiyi məlumata görə, “Toshiba”nın portativ kompüter və noutbuk bazarından çıxması, şirkətin kompüterlərinə tələbatın aşağı olması ilə əlaqəli ola bilər.

Xatırladaq ki, ilk “Toshiba” kompüteri 256 kilobayt yaddaş ilə təchiz edilmişdir və 1985-ci ildə istehsal olunmuşdur. 2000-ci illərə qədər Yaponiya korporasiyası dünya miqyasında portativ kompüterlərin istehsalı sahəsində liderlərdən biri olsa da, ildən-ilə satışlar aşağı düşməyə davam edib.

Son xəbərlər
Digər xəbərlər