13 C
Baku
Tuesday, May 7, 2024

“Toshiba” iki şirkətə bölünür

“Toshiba” keçən ilin noyabrında təqdim etdiyi strateji inkişaf planına yenidən baxdığını açıqlayıb.

Banker.az xəbər verir ki, indi yapon korporasiyasının üç şirkətə deyil, iki şirkətə bölünəcəyi ehtimal edilir.

Xatırladaq ki, ilkin plan elektron cihazların istehsalının müxtəlif strukturlara ayrılacağını, üçüncünün isə “Toshiba”nın enerji və infrastruktur bizneslərini birləşdirəcəyini nəzərdə tutmuşdu. Bununla belə, plan səhmdarlar, o cümlədən şirkətin ən böyük investoru “Investment Partners” tərəfindən kəskin tənqid edilib.

Eyni zamanda “Toshiba” Amerika iqlim sistemləri istehsalçısı ilə birgə müəssisə olan “Toshiba Carrier Corp.”dakı 55% payının satışını elan edib. Müqavilənin Yaponiya şirkətinə təxminən 868 milyon dollar gəlir gətirəcəyi gözlənilir.

Bazar ertəsi ticarət sessiyasının sonunda “Toshiba” səhmləri 1.6% bahalaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər