11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Toshiba” korporasiyası üç şirkətə bölünəcək

Yaponiyanın “Toshiba” korporasiyası 2023-cü maliyyə ilində (1 aprel 2023-cü ildə başlayır) üç ayrı şirkətə bölünmək niyyətini açıqlayıb. Müvafiq bəyanat cümə günü korporasiyanın saytında dərc edilib.

Qeyd olunur ki, yeni şirkətlər infrastrukturun, texnoloji cihazların və yarımkeçirici komponentlərin inkişafı ilə məşğul olacaqlar.

Banker.az xəbər verir ki, bölünmə planları “Toshiba” rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlərin yaradılması yolu ilə səhmdar dəyərini artırmaq istəyi ilə əlaqələndirilir.

Son illərdə korporasiya, xüsusən də 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılıması ilə bağlı yaranmış böyük qalmaqalla, habelə 2017-ci ildə müflis olması səbəbindən baş vermiş ciddi itkilərlə bağlı böhran yaşayır. “Toshiba” həmçinin onun rəhbərliyi ilə bir sıra iri səhmdarlar arasında münaqişədən sarsıldığını vurğulayır.

 

Son xəbərlər
Oxşar xəbərlər
X