“Toshiba” şirkəti öz aktivlərini satacağı ilə bağlı açıqlama verib.
Bundan əvvəl, aprelin 21-də Yaponiya korporasiyasının rəhbərliyi “potensial investorlar və sponsorlardan strateji alternativlər, o cümlədən özəlləşdirmə” üçün müraciətlərin toplanmasına başlandığını elan etmişdi.
“Nomura Securities” İnvestisiya bankı isə maliyyə məsləhətçisi təyin edilib.
Satış elan edildikdən sonra şirkətin səhmləri Tokio birjasında demək olar ki, 5% bahalaşıb. Fond birjası bu açıqlamanı müsbət xəbər kimi qəbul edib.
Aprelin 20-də elektrotexniki şirkət Rusiya Federasiyasında sifarişlərin və bütün investisiyaların dayandırıldığını elan edib və bunun Ukraynadakı vəziyyətlə bağlı atılmış addım olduğunu qeyd edib.