26 C
Baku
Thursday, May 30, 2024

“Toshiba”nın rüblük mənfəəti 88% azalıb

Yaponiyanın “Toshiba” şirkəti cari maliyyə ilinin üçüncü rübü və doqquz ayı üzrə məlumatları dərc edərək, baş əməliyyat direktorunun istefasını elan edib.

“Toshiba”nın üçüncü rübdə əməliyyat mənfəəti 87.5% azalaraq 5.3 milyard yuan (40.4 milyon dollar) təşkil edib ki, bu da analitiklərin proqnozlarından çox aşağıdır. Doqquz ayın yekunlarına görə, əməliyyat mənfəəti 61 milyon ABŞ dolları təşkil etdiyi halda, bir il əvvəl eyni dövrdə bu rəqəm 663 milyon dollar olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Toshiba”nın xalis gəliri 0.9 faiz artaraq 470 milyon yen, şirkətin satışları isə 8.6 faiz azalaraq 1.33 trilyon yen olub.
“Apple Inc.”ə NAND tipli yarımkeçiricilər tədarük edən “Toshiba” bütün cari il ərzində 300 milyard yen əməliyyat mənfəəti əldə etməyi gözləyir ki, bu da “Reuters”in sorğuladığı analitiklərin proqnozlarına uyğundur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər