İki assosiasiya Fransanın enerji nəhəngi “TotalEnergies”ə qarşı Ukraynanı bombalayan Rusiya təyyarələrini yanacaqla təmin etdiyi iddiası ilə “müharibə cinayətlərinə şəriklik” ittihamı irəli sürüb.
Bu barədə məlumatlı mənbələr bildirib.
Bildirilib ki, Fransada yerləşən Darvin Klimaks Koalisiyası və Ukraynanın “Razom We Stand” qrupu məsələ ilə bağlı müraciəti müharibə cinayəti iddialarını araşdıran Fransanın milli antiterror prokuroruna təhvil verib.