“Total” və “Masdar” 2,2 milyard dollar portfeli olan birgə müəssisə yaradıb

Qlobal inteqrasiya olunmuş enerji şirkəti olan “TotalEnergies” və təmiz enerji sahəsində dünya lideri “Abu Dhabi Future Energy Company PJSC” – “Masdar” ümumi portfeli 2,2 milyard ABŞ dolları olan, paritet əsaslarla (50/50) birgə müəssisənin yaradılması barədə məcburi xarakter daşıyan saziş imzalayıb.

Banker.az “Masdar”a istinadən xəbər verir ki, birgə müəssisə onların Asiyanın 9 ölkəsində quruda bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətlərini birləşdirəcək.

“Asiyada elektrik enerjisinə tələbatın artımının sürətlənməsi fonunda bu tərəfdaşlıq bərpa olunan enerji layihələrinin lazımi miqyasda və ən qısa müddətdə həyata keçirilməsi üçün kapital və ekspert biliklərini birləşdirir. Sövdələşmənin əldə edilməsindən sonra birgə müəssisə Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda günəş, külək enerjisi və enerji saxlanc sistemləri ilə bağlı layihələrin işlənib hazırlanması, tikintisi, sahibliyi və istismarı üçün hər iki şirkətin yeganə alətinə çevriləcək”, – məlumatda qeyd olunub.

ihFnbWacUYIV2rIAIIXn5a2eW1NQBnZhWClirkgJ 1200 LiODAIhvXPu8YqWc6Lf8MzDC6Fm4WPhgVlahtL2v 1200

Son xəbərlər
Digər xəbərlər