2 C
Baku
Wednesday, February 11, 2026

“TotalEnergies” “Lukoil”in Niderlanddakı payını alıb

Fransanın enerji nəhəngi “TotalEnergies” Niderlandda yerləşən “Zeeland” neft emalı zavodunun (NEZ) “Lukoil”a məxsus olan 45% səhmini satın alıb. Bu barədə mənbələrə istinadən”Reuters” məlumat yayıb. Beləliklə, şirkət müəssisənin yeganə sahibi olub.

Agentliyin həmsöhbətləri bildiriblər ki, “TotalEnergies”in bu pay üçün ödəniş edib-etmədiyi və ya tərəflərin aktiv mübadiləsi barədə razılığa gəlib-gəlmədiyi məlum deyil. “TotalEnergies” məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Lukoil” isə sorğuya operativ cavab verməyib.

Ötən ilin oktyabrında “U.S. Department of the Treasury” Rusiyaya təzyiqləri artırmaq məqsədilə “Lukoil”a qarşı sanksiyalar tətbiq edib. Bu isə rus şirkətini əvvəlcə təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən beynəlxalq aktivlərini satmaq prosesinə başlamağa vadar edib.

Son xəbərlər
Digər xəbərlər