18 C
Baku
Friday, November 22, 2024

“TotalEnergies”in gəlirləri kəskin azalıb

Fransanın “TotalEnergies” neft-qaz şirkətinin bu ilin üçüncü rübündə xalis mənfəəti 37 faiz azalaraq 4,1 milyard dollara düşüb.

Bu nəticə son üç il ərzində qeydə alınan ən aşağı səviyyədir.

Bildirilib ki, şirkət bu dövrdə neft emalı marjalarının azalması və qazma fəaliyyətlərindəki fasilələrdən təsirlənib. 2022-ci illə müqayisədə isə “TotalEnergies”in xalis gəliri bu dövrdə əvvəlki üç ayla müqayisədə 12,7 faiz azalıb.

Qeyd edək ki, şirkətin xalis mənfəəti ilə bağlı analitiklərin qeyd edilən dövr ərzində proqnozu 4,2 milyard dollar olub.

“TotalEnergies” Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5 faiz paya sahibdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər