“TotalEnergies” qrupunun Ukrayna müharibəsində Rusiya təyyarələrini yanacaqla təchiz etməsi iddia olunur.
Fransanın “TotalEnergies” qrupuna qarşı Rusiya təyyarələrini yanacaqla təmin etmək iddiası irəli sürülüb.
Fransız mətbuatında bildirilir ki, “TotalEnergies”ə məxsus şirkət tərəfindən istehsal olunan Sibir qazı Ukraynada münaqişədə iştirak edən Rusiya döyüş təyyarələrini yanacaqla təmin etmək üçün nəzərdə tutulub. “TotalEnergies”ə qarşı irəli sürülən ittihamlar bir neçə sənədə və “Global Vitness” qeyri-hökumət təşkilatının araşdırmasına əsaslanıb. Bu sənədə və QHT-yə görə fransız qrupunun 49 faiz və Rusiya Novaterk şirkətinin 51 faiz payla sahib olduqları “Terneftegaz” şirkətinin idarə etdiyi Rusiyanın “Termokarstovye” qaz yatağı Omsk neft emalı zavodunu qaz kondensatı ilə təmin edib. Sənəddə göstərilir ki, ən azı iyul ayına qədər Rusiya təyyarələri enerji ilə təmin olunub.
Ancaq “TotalEnergies” qrupu yaydığı kommunikedə bu iddiaların əsassız olduğunu bildirib.
Qeyd olunub ki, “TotalEnergies” Rusiya ordusu üçün kerosin istehsal etmir və bu mövzu ilə bağlı məqalələrdə irəli sürülən bütün iddialar əsassızdır.