Fransanın “Total” şirkəti İranda fəaliyyətini davam etdirmək üçün yaxın 2 ay ərzində ABŞ hökumətindən xüsusi icazə almalıdır.
“Fransa hökuməti “Total”ın İranda qalması üçün 60 gün ərzində ABŞ hökuməti ilə danışıqlar apara bilər”,- deyə,İranın neft naziri Bijan Zanqane bildirib.
Xatırladaq ki, İranın milli neft şirkəti 2017-ci ilin iyul ayının əvvəlində “Total”la “Cənubi Pars 11” qaz yatağının işlənməsi üçün 1 mlrd. dollar dəyərində müqavilə imzalayıb. Fransa şirkət layihədə 50,1% paya malikdir. Əgər şirkət layihədən çıxsa, onun payını Çinin neft-qaz şirkəti – CNPC əldə edəcək. Hazırda Çin şirkəti layihədə 30% paya malikdir. Qalan 19,9%-lik hissə isə İranın “Petropars” şirkətinə məxsusdur.
Bir qədər əvvəl “Total” bəyan edib ki, xüsusi razılıq olmazsa, bu il noyabrın 4-nə qədər “Cənubi Pars 11” layihəsindən çıxacaq.